Bütün xəbərlər
Fransa Senatı TikTok-un bloklanmasını təklif edir
Tarix: 06-07-2023 23:05 | Bölmə: Karusel


Bir qrup fransız senator sosial şəbəkə 2024-cü il yanvarın 1-dək ana Çin şirkəti olan ByteDance-in onun işində necə iştirak etdiyini və Çinə hansı məlumatların ötürüldüyünü izah etməsə, hökumətə TikTok-un ölkədəki işini məhdudlaşdırmağı təklif edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə cümə axşamı Fransa Senatının saytında dərc edilmiş bəyanatda deyilir.
Qanunvericilər sosial şəbəkənin istifadəçiləri izlədiyini və onlar haqqında məlumatları Çin kəşfiyyat orqanlarına ötürdüyünə inanaraq, TikTok-u milli təhlükəsizliyə təhdid hesab edir.
TikTok-un Fransadakı fəaliyyətini araşdırmaq üçün xüsusi komissiyanın işi nəticəsində 21 tövsiyə tərtib edilib.
Parlamentarilər “böhranların həllində mühüm rol oynayan” təşkilatların əməkdaşlarının tətbiqdən istifadəsini qadağan etməyi, habelə ictimai iğtişaşlar zamanı müəyyən məzmunun bloklanmasını təklif ediblər. Həmçinin, TikTok-u dezinformasiya ilə mübarizə və süni intellekt tərəfindən yaradılan məzmunun monitorinqi üçün tədbirləri gücləndirməyə məcbur etmək təklif olunur.
Bundan əvvəl Fransa hakimiyyəti təsdiqləyib ki, son iğtişaşlar zamanı onlar sosial şəbəkələrdən və ani messencerlərdən iğtişaşçılara öz hərəkətlərini əlaqələndirməyə imkan verən bəzi funksiyaları söndürməyi tələb ediblər.
Bundan əvvəl Avropa Komissiyasının, Aİ Şurasının, eləcə də Avropa Parlamentinin və NATO-nun əməkdaşlarına rəsmi cihazlarda TikTok-dan istifadə qadağan edilmişdi.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər