Bütün xəbərlər
Mirra Andreeva Uimbldon turnirinin ikinci mərhələsinə adlayıb
Tarix: 05-07-2023 23:44 | Bölmə: Karusel


Rusiyalı tennisçi Mirra Andreeva "Uimbldon"un ilk turunun matçında çinli Vanq Xiyuya qalib gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı rusiyalı qadın üç setdə rəqibinin müqavimətini qırıb.
Tennisçilər kortda 2 saat 24 dəqiqə vaxt keçiriblər. Andreeva Çin təmsilçisini 6:4, 3:6, 7:5 hesabı ilə məğlub edib.
Turnirin debütantı növbəti mərhələdə daha öncə britaniyalı Hizer Uotsonu iki oyunda 6:2, 7:5 hesabı ilə məğlub edən çexiyalı Barbora Kreycikova ilə qarşılaşacaq.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər