Bütün xəbərlər
Velikiy Novqorod yaxınlığında güclü yanğın baş verib
Tarix: 04-07-2023 23:00 | Bölmə: Karusel

Velikiy Novqorod yaxınlığındakı sənaye obyektində yanğın baş verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğın Luqa şossesi, ev 4 “A” ünvanında yerləşən sənaye zonasında başlayıb.
İlkin məlumata görə, ölən və yaralanan yoxdur. Yanğının sahəsi 2 min kvadratmetrdən çox olub. 30 yanğınsöndürən doqquz texnikanın iştirakı ilə yanğının söndürülməsinə başlayıb.
"Yanğınsöndürmə-xilasetmə bölmələri gələn zaman onun Lujskaya GT İES-in qaz turbin stansiyasının içərisində yandığı müəyyən edilib", - Novqorod vilayəti Fövqəladə Hallar Nazirliyindən bildiriblər. "34 ədəd texnika, döyüş briqadaları. Yanğının söndürülməsinə cəlb olunublar”.
Sonradan məlum olub ki, yanğın lokallaşdırılıb, konstruksiyalar sökülərək tökülür. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.



Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər