Bütün xəbərlər
"Zenit" Sankt-Peterburqda "Srvena Zvezda"ya uduzub
Tarix: 04-07-2023 22:57 | Bölmə: Karusel


Sankt-Peterburqda yerli "Zenit" və Belqradın "Srvena Zvezda" klubları arasında beynəlxalq futbol turnirinin görüşü başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.
Qaliblər sırasında qolları Mirko İvaniç (40-cı dəqiqə) və Jan-Filip Krasso (88-ci, penalti) vurub. Meydan sahiblərinin heyətində Du Keyruş (62-ci) fərqlənib.
Xatırladaq ki, turnirdə Rusiya və Serbiya klublarından başqa, Türkiyənin “Fənərbağça”sı və Azərbaycanın “Neftçi” klubları da iştirak edir.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər