Bütün xəbərlər
Tacikistanda 11 nəfər yol qəzasının qurbanı olub
Tarix: 04-07-2023 22:54 | Bölmə: Karusel


Tacikistanın Feyzabad rayonunda iki avtomobilin toqquşması nəticəsində yaşları iki ilə 17 arasında olan altı uşaq və beş böyük ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şahtəkyan kəndi yaxınlığında qəza iyulun 2-də axşam baş verib, lakin sonra səkkiz nəfərin öldüyü bildirilsə də, indi respublikanın Daxili İşlər Nazirliyi bütün qurbanların adlarını açıqlayıb.
Həmin gün "Opel Astra" ötmə əməliyyatına çıxıb və qarşıdan gələn zolaqda "Opel Vectra" ilə toqquşub. Qəzanın günahkarı və onun üç sərnişini sağ qalıb, lakin “Vectra”da olanların hamısı ölüb: sürücü, iki-altı yaş arası üç uşaq, üç yeniyetmə, dörd böyük.



Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər