Bütün xəbərlər
İki rus strateqi Alyaska sahillərində 13 saat uçdu
Tarix: 04-07-2023 22:41 | Bölmə: Karusel


Rusiyanın "Tu-95MS" raketdaşıyıcıları Berinq dənizi üzərində, xüsusən Alyaskanın qərb sahili yaxınlığında planlı uçuş həyata keçirib, Rusiya Müdafiə Nazirliyi bildirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, döyüş maşınları 13 saat havada qaldı və digər şeylərlə yanaşı, yanacaq doldurma işlərini də yerinə yetirdi. "Su-30SM" və "Su-35S" qırıcıları raket daşıyıcılarının müşayiəti və mühafizəsinə cavabdeh idi.
İyunun əvvəlində Rusiyanın "Tu-95MS" təyyarəsi Çindən olan həmkarları ilə birgə patrulda iştirak edib. Sonra döyüş təyyarələri Sakit Okeanın qərb hissəsi olan Yaponiya və Şərqi Çin dənizlərinin suları üzərində təxminən 8 saat uçdu.
Bundan əlavə, Aerokosmik Qüvvələrin təyyarələri Çin aerodromlarına eniş edib.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər