Bütün xəbərlər
Medvedev və Andreeva matçları yağış səbəbindən təxirə salınıb
Tarix: 04-07-2023 21:43 | Bölmə: Karusel


Londonda pis hava şəraiti Uimbldon turnirinin cədvəlində düzəlişlər edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyulun 4-nə planlaşdırılan bəzi qarşılaşmalar növbəti günə dəyişdirilib.
Rusiyanın birinci raketkəsi Daniil Medvedev yağış səbəbindən Uimbldonda iyulun 4-də deyil, iyulun 5-də start götürəcək. Onun rəqibi fransalı Artur Feri olacaq. Mirra Andreevanın çinli Xu Vanqa qarşı görüşü də təxirə salınıb.
Həmçinin rusiyalı tennisçilər Aleksandr Şevçenko və Anna Blinkova iyulun 4-də oynamayacaqlar. Birincisi fransalı Adrian Mannarino, ikincisi isə belçikalı Janina Vikmeyer ilə görüşdü.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər