Bütün xəbərlər
RFU Bezborodovu mövsümün ən yaxşı hakimi kimi tanıyıb
Tarix: 04-07-2023 21:15 | Bölmə: Karusel

Rusiya Futbol İttifaqı ötən mövsümün sonunda ən yaxşı rusiyalı hakimin adını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun Sankt-Peterburqdan olan Vladislav Bezborodov olduğu üzə çıxıb.
50 yaşlı hakim çempionatda və ölkə kubokunda keçirdiyi oyunlara görə ən yaxşı orta xalı toplayıb. "Nəticə, RFU-nun ekspert hakimlər komissiyasının qərarları nəzərə alınmaqla, oyun inspektorlarının qiymətləndirmələri əsasında formalaşıb", - Rusiya Futbol İttifaqının təşkilatın rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.
İkinci yeri Pavel Kukuyan tutub. İlk üçlüyü Sergey Karasev qapayıb. Qeyd edək ki, Bezborodov ardıcıl ikinci il mövsümün ən yaxşı hakimi olur.



Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər