Bütün xəbərlər
Sumidə SBU-nun binasına hücum edilib
Tarix: 03-07-2023 22:51 | Bölmə: Karusel


Ukraynanın Sumı şəhərində Təhlükəsizlik Xidmətinin binası vurulub, ölənlər və yaralananlar var, Vladimir Zelenski öz Telegram kanalında axşam videomüraciətində bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi, iyulun 3-də səhər saatlarında Ukrayna mediası şəhərdə partlayışların baş verdiyi barədə məlumat yayıb. RİA Novosti yazır ki, bu zaman Sumı vilayətində hava həyəcanı elan edilib.
Bundan əvvəl Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin hərbi komandiri Aleksandr Sladkov özünün Teleqram kanalında yazmışdı ki, “Kiyev Sumı və Xarkovu təslim olmağa hazırlayır” – orada böyük müəssisələrin boşaldılmasına başlanılıb.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər