Bütün xəbərlər
Cerrard Səudiyyə Ərəbistanının “Əl-İttifaq”ına rəhbərlik edir
Tarix: 03-07-2023 22:14 | Bölmə: Karusel


İngiltərəli baş məşqçi Stiven Cerrard özünə yeni iş tapıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reyncers"in və "Aston Villa"nın keçmiş baş məşqçisi bundan sonra Səudiyyə Ərəbistanında çalışacaq.
Səudiyyə Sky Sport-un məlumatına görə, onun yeni klubu “Əl-İttifaq”dır. Səudiyyə klubunun rəhbərliyi ingilislərin kluba rəhbərlik etmək istəməməsinə baxmayaraq, onu təklifi qəbul etməyə razı salmağın yolunu tapıb.
Danışıqlar nəticəsində Cerrard “Əl-İttifaq”da işləməyə razılıq verib.
Xatırladaq ki, Cerrard 2022-ci ilin oktyabrında "Aston Villa Birmingem"dən qovulduğundan bəri işsizdi. Daha sonra komandanın zəif nəticələrinə görə işsiz qalıb.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər