Bütün xəbərlər
Fransızlar Twitter-ə daxil olmaqda problem yaşayırlar
Tarix: 01-07-2023 23:40 | Bölmə: Karusel


Fransada 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsindən sonra etirazlar və talanlar davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Lion meri əlavə qüvvələr tələb edib, milli jandarmeriyanın zirehli transportyorları Marselə köçürülür.
Bir gün əvvəl Fransa prezidenti Makron sosial şəbəkələrdə etiraz aksiyalarına çağıranları tapacağına söz vermişdi.
“RİA Novosti” xəbər verir ki, bu gün bir çox fransız “Twitter” istifadəçiləri platformaya daxil olmaqda problemlərdən şikayətlənirlər.
Bəziləri bunun ölkədə davam edən iğtişaşlarla bağlı olub-olmadığını düşünür. Eyni zamanda, sırf “Twitter”də işləyən bir sıra KİV-lərin hesabları da problemlərlə bağlı xəbərlərə işarə edir.
Bu sosial şəbəkənin bir çox fransalı istifadəçiləri (anonim qalmasına baxmayaraq) ölkədəki iğtişaşlar səbəbindən Fransa hökuməti tərəfindən tətbiq edildiyi iddia edilən “diktatura” və “senzura” haqqında yazır. Ancaq bunun birbaşa sübutu və ya rəsmi təsdiqi yoxdur.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər