Bütün xəbərlər
Sobolenko Uimbldonda siyasət haqqında danışmaqdan imtina etdi
Tarix: 01-07-2023 23:32 | Bölmə: Karusel


Uimbldon turniri ərəfəsində dünyanın ikinci raketkası Arina Sobolenko oyunsonrası mətbuat konfranslarında siyasi mövzulardan danışmayacağını bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, yalnız tennis haqqında danışmağa hazır olacağını qeyd edib.
Bundan əvvəl Fransanın açıq çempionatı zamanı belaruslu tennisçiyə siyasətlə bağlı suallar verilib, onun müəllifi ukraynalı jurnalist olub. Daha sonra tennisçi etiraf edib ki, Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan ölümlə hədələnib.
"Davam etməzdən əvvəl demək istərdim ki, siyasətdən danışmayacağam. Mən burada yalnız tennis haqqında danışmaq üçün gəlmişəm. Xahiş edirəm, buna hörmət edin", - o, Uimbldonun startı ərəfəsində jurnalistlərlə söhbəti zamanı deyib.
"Hər hansı siyasi sualınız varsa, WTA və ya turnirdən soruşa bilərsiniz. Onlar sizə əvvəlki turnirlərdən cavablarımın stenoqramını göndərə bilərlər."
Xatırladaq ki, Londonda otlu kortlarda yarışın əsas püşkatması iyulun üçüncü bazar ertəsi başlayır.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər