Bütün xəbərlər
"Arsenal" "Çelsi"dən Havertsi transfer etdiyini açıqlayıb
Tarix: 28-06-2023 23:56 | Bölmə: Karusel


Almaniya millisinin yarımmüdafiəçisi Kay Haverts "Çelsi"dən "Arsenal"a keçib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı almanla "topçular"la müqavilə 5 il müddətinə nəzərdə tutulub.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. “Transfermarkt”ın məlumatına görə, “topçular” futbolçunun transferi üçün təxminən 70 milyon avro ödəyib.
Haverts 2020-ci ilin payızında 80 milyon avroya "Çelsi"yə keçdiyi "Bayer Leverkuzen"in məzunudur.
Kai bütün yarışlarda "Mavilər"in heyətində 139 oyuna çıxıb, 32 qol vurub və 15 məhsuldar ötürmə edib. Həmçinin yarımmüdafiəçinin hesabına Almaniya millisində 37 oyun və 13 qol var.
Alman "Çelsi" ilə birlikdə Çempionlar Liqasının (2020/21), UEFA Super Kubokunun (2021) və Klublararası Dünya Çempionatının (2021) qalibi olub.



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər