Bütün xəbərlər
PAOK gözünü ÇSKA-nın hücumçusu Çalova dikib
Tarix: 28-06-2023 23:32 | Bölmə: Karusel


ÇSKA-nın hücumçusu Fedor Çalov karyerasını Yunanıstan çempionatında davam etdirə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli PAOK futbolçu üçün ordu komandasına rəsmi təklif göndərib.
İnsayder Fabrizio Romanonun sosial şəbəkələrdə verdiyi məlumata görə, artıq klub nümayəndələri arasında danışıqlar aparılır. Türkiyənin "Qalatasaray" klubu da Çalovun xidmətində maraqlıdır.
25 yaşlı “qırmızı-göy” forvard ötən mövsüm 41 oyuna çıxıb, 24 qol vurub və 6 məhsuldar ötürmə edib. ÇSKA-nın tərkibində Çalov Rusiya Kuboku-2023-ün qalibi və ölkə çempionatının gümüş mükafatçısı olub.



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər