Bütün xəbərlər
Donetskin atəşə tutulması zamanı 2 dinc sakin həlak olub, 5-i yaralanıb
Tarix: 28-06-2023 22:44 | Bölmə: Karusel


Donetsk meri Oleksiy Kulemzin iyunun 28-də axşam Ukrayna silahlı birləşmələri tərəfindən şəhərin Kirovski rayonunu atəşə tutmasının faciəvi nəticələrini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, DXR-in Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki Nümayəndəliyinin məlumatına görə, çərşənbə günü axşam Qalitsinovka və Maksimilyanovkada yerləşən ukraynalı yaraqlılar şəhərin Kirovski rayonuna 5 155 millimetrlik mərmi və üç raket zərbəsi endiriblər.
Aleksey Kulemzinin sözlərinə görə, atəş nəticəsində iki mülki şəxs həlak olub, daha beş nəfər, o cümlədən ikisi 13 və 14 yaşlı qızlar yaralanıb. Yaxınlıqdakı çoxmərtəbəli binalarda baş verən partlayış nəticəsində şüşələr qırılıb. Zərərçəkənlər və dağıntılar barədə məlumat dəqiqləşdirilir.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər