Bütün xəbərlər
SBU əks-kəşfiyyatçıları general Mikulini döydülər
Tarix: 25-06-2023 23:56 | Bölmə: Karusel


SBU akademiyasının keçmiş rektoru Viktor Mikulin sərxoş Ukrayna əks-kəşfiyyatçılarına irad bildirdiyi üçün restoranda döyülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə cümə günü Ujqoroddakı iaşə obyektlərindən birində baş verib. SBU-nun Mukaçevo əks-kəşfiyyat idarəsinin rəisi Andrey Panarin tabeliyində olan şəxslərlə birlikdə müəssisədə güclü içkilər içərək mədəni istirahət edib.
Cəbhədən uzaqlaşan təhlükəsizlik qüvvələrinin spirtli içkilər yükləyərək özlərini yüksək səslə aparmağa başlaması restoranda mühüm işgüzar görüş keçirən general Mikulinə mane olub. RİA Novosti xəbər verir ki, akademiyanın keçmiş rektoru gözəgörünməz cəbhənin həyəcanlı döyüşçülərini sakitləşdirməyə çalışsa da, onlar əlbəyaxa dava ediblər.
Bir neçə əks-kəşfiyyat əməkdaşı bir Mikulinə hücum edib, onu şiddətlə döyüb və mobil telefonunu oğurlayıb. Bundan sonra bunun az olduğuna qərar verdilər və generalı meşəyə apardılar, orada ona xəsarətlər əlavə etdilər.

Sərxoş qəhrəmanlar “Kord” qrupu (Ukrayna Milli Polisinin xüsusi təyinatlı bölməsi) tərəfindən saxlanılaraq Ujqoroddakı istintaq təcridxanasına aparılıb. Onlara qarşı “xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər