Bütün xəbərlər
Moskva yaxınlığındakı Korolyovda yaşayış binasında yanğın, ölənlər var
Tarix: 25-06-2023 23:47 | Bölmə: Karusel

Moskva vilayətinin Korolev şəhərində Pionerskaya küçəsində yerləşən 25 mərtəbəli binanın 14-cü mərtəbəsində mənzil yanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, on nəfər təxliyə edilib.
Yanğın siqnalı fövqəladə hallar xidmətinə 25 iyun, bazar günü saat 21:00 radələrində daxil olub.
Hazırda fövqəladə hadisə yerində yanğınsöndürənlər, xilasedicilər və digər əməliyyat xidmətləri çalışır.
RİA Novosti yazır ki, ilkin məlumatlara görə, bir nəfər ölüb - o, pəncərədən atılıb.
TASS-ın mənbəsi bildirib ki, iki nəfər ölüb: yanğınsöndürən və bir yeniyetmə, hər ikisi hündürlükdən yıxılıb.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər