Bütün xəbərlər
Kazan "Rubin"inin keçmiş futbolçusu Russel dünyasını dəyişib
Tarix: 25-06-2023 00:13 | Bölmə: Karusel


Kazan "Rubin"inin və Belçika millisinin sabiq futbolçusu Sedrik Russel şənbə günü Mons şəhərində vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun 45 yaşı var idi.
Russel yerli kafelərdən birinə baş çəkərkən dünyasını dəyişib. O, infarkt keçirən zaman terrasda idi. Təcili yardım kifayət qədər tez gəldi, həkimlər bir saata yaxın adamı reanimasiya etməyə çalışsalar da, bütün səyləri onu xilas edə bilməyib.
Rusiya futbolunda Russel “Rubin”də oynaması ilə tanınır. Kazan klubunun tərkibində 2004-cü ildə çıxış edib. Sonra altı matçda iştirak etdi və bir qol vurdu. O, Belçika millisində iki oyun keçirib.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər