Bütün xəbərlər
Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda hərbi hissələrdə olub
Tarix: 23-06-2023 21:24 | Bölmə: Karusel



İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.
Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib.
Sonra bir qrup hərbiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.









Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər