Bütün xəbərlər
Ukrayna Silahlı Qüvvələri Qorlovkanı 20 raketlə atəşə tutub
Tarix: 22-06-2023 23:56 | Bölmə: Karusel


Ukrayna silahlı birləşmələri iyunun 22-də axşam saatlarında bir neçə dəqiqə ərzində Donetsk Qorlovkasını çoxsaylı raket sistemlərindən atəşə tutub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, DXR-in Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki nümayəndəliyinin məlumatına görə, cümə axşamı saat 18:35 radələrində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Dzerjinsk şəhərindən Qorlovkanın Nikitovski rayonuna 12 raket atılıb.
Beş dəqiqə sonra həmin qəsəbədən şəhərin Kalininski rayonuna 8 raket atılıb. Raket zərbələrinin nəticələri araşdırılır.



Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər