Bütün xəbərlər
“Roma”nın baş məşqçisi Mourinyo cəzalandırılıb
Tarix: 21-06-2023 23:12 | Bölmə: Karusel


İtaliya “Roma”sının portuqaliyalı çalışdırıcısı Avropa turnirlərinin qarşıdakı dörd oyununda iştirak edə bilməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, UEFA romalıların çalışdırıcısını Avropa Liqasının finalından sonra hakimi təhqir etdiyinə görə cəzalandırıb.
Xatırladaq ki, “Roma” Budapeştdə ikinci pillədə qərarlaşan avrokubokların həlledici oyununda İspaniya “Sevilya”sına uduzub (1:1, penaltilər 1:4). Oyundan sonra Mourinyo press-routda əvvəlcə ingilis hakim Entoni Teylorun üzərinə sərt yanaşdı, sonra isə avtoparkda britaniyalını gözləyərək ona qışqırdı: “Sən rüsvayçılıqsan!”
UEFA İntizam Komitəsi portuqaliyalı mütəxəssisi Avropa turnirlərində 4 oyunluq cəzalandırıb. Bundan əlavə, “Roma” pirotexniki vasitələrdən istifadə etdiyinə görə 50 min avro cərimələnib və avrokuboklarda növbəti ev oyununa bilet satışına qadağa qoyulub. Romalılar "komandanın düzgün olmayan davranışına" görə daha 5 min avro ödəyəcək.
Onu da qeyd edək ki, “Roma” azarkeşləri komandalarının baş məşqçisinin davranışından ruhlanıb, Macarıstan paytaxtının hava limanında Teylor və ailəsini mühasirəyə alıb, hakimi təhqir edib, hətta ona stul atıblar. Hakimi yanğından çıxarmaq üçün təhlükəsizlik xidməti müdaxilə etməli olub.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər