Bütün xəbərlər
Aktyor Mixail Lojkin 39 yaşında dünyasını dəyişib
Tarix: 20-06-2023 20:19 | Bölmə: Karusel


Aktyor Mixail Lojkin Sankt-Peterburqda vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun 39 yaşı var idi. Bolşoy Kukla Teatrı sənətçinin ölüm xəbərini verib.
Teatrın sosial şəbəkədəki səhifəsində deyilir: "Mixail Lojkin vəfat edib. Sevimli dostumuz, sənətkarımız, dahimiz. Söz tapa bilmirik və inana bilmirik". Aktyorla vidalaşma vaxtı və yeri daha sonra açıqlanacaq.
Mixail Lojkin 2011-ci ildə Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasını kukla teatrı ixtisası üzrə bitirib. O, həm Böyük Kukla Teatrının tamaşalarında, həm də başqa teatrların tamaşalarında iştirak edib.
Anjela Nanettinin kitabı əsasında hazırlanmış “Mənim babam albalı idi” tamaşasında oynadığı rola görə aktyor Sankt-Peterburqun ən yüksək teatr mükafatı olan "Qızıl soffit" mükafatına namizəd olub.
Mixail Lojkin teleseriallarda da rol alıb. Onların arasında - "Ada", "Nevski, Güc testi", "Şərti polis", "Möhtəşəm beşlik".



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər