Bütün xəbərlər
İdman Arbitraj Məhkəməsi Beynəlxalq Boks Assosiasiyasının şikayətini rədd edib
Tarix: 20-06-2023 20:03 | Bölmə: Karusel


Beynəlxalq Olimpiya Komitəsi ilə Beynəlxalq Boks Assosiasiyası (ABB) arasında qarşıdurma davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) BOK-un tərəfini tutdu.
ABB yenidən tanınmağa cəhd etdi. Lakin bu müraciət rədd edildi. Bununla belə, BOK boksun 2024-cü il Olimpiadasında saxlanmasını tövsiyə edib.
Keçən ilin dekabrında BOK ABB-nin üzvlüyünü onun Qazpromla sponsorluq müqaviləsini uzatması səbəbindən dayandırıb. O, həmçinin boksu 2024-cü il Olimpiadasından çıxarmaqla hədələyib. Əsl səbəblər siyasidir. ABB-nin prezidenti Umar Kremlev rusiyalıdır və rusiyalı idmançılar kişilər və qadınlar arasında dünya çempionatına heç bir məhdudiyyət olmadan buraxılıblar.
ABB BOK-un bu hərəkətlərinə İdman Arbitraj Məhkəməsində etiraz etməyə və onun statusunu bərpa etməyə cəhd göstərib. Lakin Beynəlxalq Boks Assosiasiyasının müraciəti rədd edilib.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər