Bütün xəbərlər
Rublev Halledəki turnirə uğurla başladı
Tarix: 20-06-2023 19:53 | Bölmə: Karusel


Almaniyanın Halle şəhərində tennis üzrə ATP 500 turniri start götürüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarışın mükafat fondu 2,2 milyon avrodur.
Rusiyalı tennisçi Andrey Rublev start səddini uğurla keçib. Rublev çinli Vu Yibini məğlub edib.
Andrey Rublev dünyanın yeddinci raketkasıdır. Onun rəqibi dünya reytinqində 59-cu pillədə qərarlaşıb. İlk setdə 6-4 qalib gələn Rublev ikinci setdə çinlilərin müqaviməti ilə üzləşib. Vu Yibin tay-brekdə 7:6 (7:1) hesabı ilə qalib gələ bilib. Amma üçüncü set 6:2 Andreyin xeyrinə olub.
Rublev yarışın ikinci mərhələsinə yüksəlib. İndi Andreyi alman Yannik Hannemannla görüş gözləyir.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər