Bütün xəbərlər
Sumqayıt boksçuları birinci yerə sahib olublar
Tarix: 20-06-2023 00:14 | Bölmə: Karusel


12-18 iyun 2023-cü il tarixlərində Bakı şəhərində boks üzrə məktəblilər arasında Azərbaycan birinciliyi keçirilmişdir.
Sabaha-inamla.az xəbər verir ki, birincilikdə 52 komandadan 227-dən çox boksçu mübarizə aparmışdır. Altı gün davam edən və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt idmançıları Əli Abbaslı (38 kq), Təşkilat Quliyev (50 kq), Seydəmir Quliyev (54 kq), Qiyas Mehdiyev (80 kq) qızıl, Turan Hacıyev (46 kq), Əflatun İsmiyev (52 kq), Cəmil Tapdıqlı (63 kq) gümüş, Əli Ruşanov (38), Hüseyn Quliyev (40 kq), Kərim Sultanov (42 kq), Şükar Əliyev (54 kq), Ayxan Sadıqlı (66 kq) və Cavidan Qurbanzadə (80 kq) yarışın bürünc medalına layiq görülmüşlər.
Yarışın final mərhələsində komanda hesabında Sumqayıt boksçuları 52 xalla birinci yerə sahib olmuşlar.
İdmançılarımızı təbrik edirik! 





Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər