Bütün xəbərlər
Bu şənbə-bazar iş günüdür
Tarix: 19-06-2023 12:50 | Bölmə: Karusel

                       bu-senbe-bazar-is-gunudur



Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Bu səbəbdən də bu həftə şənbə və bazar günləri rəsmi iş günləri olacaq.
Qeyd edək ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.
1-2 iyul şənbə-bazara təsadüf etdiyindən 26 iyun - 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq.



Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər