Bütün xəbərlər
Ukrayna silahlı qüvvələri Kursk vilayətinin 3 kəndinə hücum edib
Tarix: 18-06-2023 23:58 | Bölmə: Karusel


Ukrayna qoşunları Kursk vilayətinin Qluşkovski rayonunun üç kəndinə raket zərbələri endirib, ümumilikdə 20-dən çox gəliş qeydə alınıb, qubernator Roman Starovoit bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tetkinodakı şəkər zavodunun ərazisində bir neçə raket partlayıb, tanklardan biri zədələnib, yanğın baş verib. Yaxınlıqdakı Popovo-Lejaçi kəndi də vurulub, lakin atəş zamanı yaşayış binalarına ziyan dəyməyib.
Qluşkovo kəndinin sakinləri 10-dan çox partlayışı hesablayıblar. Elektrik xətti zədələnib, qəsəbənin bir hissəsi işıqsız qalıb.
Hər üç hadisədə ölən və xəsarət alan olmayıb.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər