Bütün xəbərlər
"Çelsi" 40 milyon avroya aldığı futbolçu ilə yollarını ayırıb
Tarix: 16-06-2023 23:59 | Bölmə: Karusel


Londonun "Çelsi" klubu yarımmüdafiəçi Tiemue Bakayoko ilə müqaviləni vaxtından əvvəl pozduğunu açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, klub futbolçu ilə müqaviləni sona qədər yekunlaşdırmamaq qərarına gəlib.
Londonluların rəhbərliyi futbolçunu komandada saxlamamaq qərarına gəlib. Yarımmüdafiəçi ilə ayrıldığını klubun mətbuat xidməti rəsmi saytında açıqlayıb. 28 yaşlı fransalı ilə hazırkı müqavilə 2024-cü ilə qədər hesablanıb.
Bakayoko 2017-ci ildən "Çelsi"də çıxış edir və burada "Monako"dan 40 milyon avroya keçib. O vaxtdan bəri o, komandanın heyətində 43 oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib.
Həmçinin mavilər ilə müqavilə müddətində o, üç dəfə icarəyə verilib.O, "Monako", "Napoli" və "Milan"da çıxış edib.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər