Bütün xəbərlər
Moskvadan Soçiyə uçan təyyarə Saratovda məcburi eniş edib
Tarix: 16-06-2023 23:20 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə günü paytaxtdan Krasnodar diyarına havaya qalxan sərnişin təyyarəsi Saratovda planlaşdırılmamış eniş etmək məcburiyyətində qalıb.
TASS Saratov Qaqarin Beynəlxalq Hava Limanının mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, iyunun 16-da Moskva-Soçi marşrutu üzrə təyyarə ilə aviasiya hadisəsi baş verib. Layner hələ dəqiqləşdirilməmiş səbəblərdən Saratovda məcburi eniş edib. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər