Bütün xəbərlər
Makqreqor NBA oyununda zorlamada ittiham olunur
Tarix: 15-06-2023 23:46 | Bölmə: Karusel


Qarışıq döyüş növləri üzrə döyüşçü Konor Makqreqor ABŞ rəsmiləri tərəfindən şübhə altına alınıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Miami Heat və Denver Nuggets arasında keçirilən NBA Finalından sonra zorlamada ittiham olunur.
TMZ-nin məlumatına görə, insident komandalar arasında keçirilən final qarşıdurmasının dördüncü matçının sonunda baş verib. Mənbənin sözlərinə görə, döyüşçü qıza kişi tualetinin yanında hücum edib, orada onu öpüb və oral seks etməyə məcbur edib.
Daha sonra qalmaqallı idmançının əlindən qaçıb canını qurtara bilib və səhər saatlarında polisə şikayət edib. Makqreqorun müdafiəsi isə öz növbəsində zorlama faktını inkar edir və ittihamları yalan adlandırır.
Xatırladaq ki, məhz bu matçda Makqreqor Mayami maskotunu nokaut etmişdi.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər