Bütün xəbərlər
Kliçko Kiyevin meri vəzifəsindən uzaqlaşdırıla bilər
Tarix: 15-06-2023 23:33 | Bölmə: Karusel


Ukrayna Prezidentinin Aparatında Kiyev meri Vitali Kliçkonun tutduğu vəzifədən kənarlaşdırılması ilə bağlı bir neçə görüş keçirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli nəşrlər məlumat yayıb.
Görüşlərə səbəb hava hücumu zamanı bağlandığı üzə çıxan Kiyev bomba sığınacaqlarından birinin hekayəsi olub.
Mənbənin sözlərinə görə, artıq bir neçə nəfərin Kiyev meri vəzifəsinə namizədliyi nəzərdən keçirilir.
Qeyd olunur ki, Vitali Kliçkonun istefası siyasi baxımdan onun xeyrinə oynaya bilər. Məsələn, bu, onu avtomatik olaraq müxalifət liderlərindən biri roluna qoyur.
İyunun əvvəlində Vladimir Zelenski Kiyevdə bağlanan bomba sığınacaqlarına görə şəhər hakimiyyətinin nümayəndələrinin məsuliyyət daşıyacağını bildirib.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər