Bütün xəbərlər
APU gün ərzində Donetski 23 dəfə atəşə tutub
Tarix: 13-06-2023 23:57 | Bölmə: Karusel


DXR-in Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki nümayəndəliyi çərşənbə axşamı, iyunun 13-də Ukraynanın DXR ərazisini atəşə tutması ilə bağlı məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə axşamı günü DXR-in paytaxtı və onun ətrafı Ukrayna silahlı qrupları tərəfindən 30 dəfə atəşə tutulub. Silahlılar 168 ədəd müxtəlif sursatdan istifadə ediblər.
Ukrayna Silahlı Qüvvələrinin gün ərzində endirdiyi zərbələrin əksəriyyəti Donetskin yaşayış məntəqələrinə endirilib. Şəhər NATO çaplı artilleriyadan 23 dəfə atəşə tutulub. Düşmən 152 millimetrlik mərmilərlə Qorlovkanı beş dəfə atəşə tutub. Bir hücum Yasinovataya və Volnovaxa istiqamətində edilib.
Əvvəllər işğaldan azad edilmiş Urojaynoye kəndinin atəşə tutulması nəticəsində iki nəfər yaralanıb. Yaşayış binalarına və mülki infrastruktura dəyən ziyan qeydə alınmayıb. DXR ərazisinin atəşə tutulmasının fəsadları barədə məlumat axını davam edir.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər