Bütün xəbərlər
“Xəlifə qülləsi” Rusiya bayrağının rənglərində işıqlandırılıb
Tarix: 12-06-2023 23:59 | Bölmə: Karusel


Dubayda dünyanın ən hündür göydələni “Xəlifə qülləsi” Rusiya bayrağının rəngləri ilə işıqlandırılıb və Rusiya himni səsləndirilməyə başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qüllə administrasiyası sosial şəbəkələrdə yazıb ki, bu aksiya Rusiya Gününə həsr olunub.
Bundan əlavə, bayram şərəfinə Əbu-Dabi Milli Neft Şirkətinin binasının işıqlandırması ağ, mavi və qırmızı rənglərə çevrilib.
Bu arada Hindistanın Mumbay şəhərində rusofillərin “Mən Rusiyanı sevirəm” adlı konfransı keçirilib. TASS agentliyi yazır ki, görüşə alimlər, siyasətçilər, hərbçilər, incəsənət xadimləri və bir çox başqa şəxslər gəlib.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər