Bütün xəbərlər
Toni Kroos Səudiyyə Ərəbistanına getmək istəmir
Tarix: 12-06-2023 22:48 | Bölmə: Karusel


"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos Səudiyyə Ərəbistanından sərfəli təklif alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin 33 yaşlı futbolçu dəvəti rədd edib.
2014-cü ilin dünya çempionu Toni Kroos Səudiyyə Ərəbistanına köçməkdə maraqlı deyil. Alman futbolçu "Real Madrid"lə müqaviləsini uzatmağa ümid edir.
Toni Kroosun "Real"la müqaviləsi iyunun sonunda başa çatır. Madrid klubu hələ ki, liderlərdən birinə müqaviləni uzatmağı təklif etməyib. Toni özü də "kral klubu"nda oynamağa davam etmək istəyir.
“Marca”nın məlumatına görə, Toniyə sərfəli müqavilə təklif edən- Kroosu dəvət etməkdə Səudiyyə Ərəbistanından bir klub maraqlıdır. Ancaq alman buna heç məhəl də qoymayıb.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər