Bütün xəbərlər
Kanada Ukraynanın keçmiş prezidentinə və blogerə qarşı sanksiyalar tətbiq edib
Tarix: 10-06-2023 23:56 | Bölmə: Karusel


Kanada Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə, bloger Yuri Podolyaka, Rusiya Federasiyasının yeni regionlarının rəsmiləri və departamentlərinə qarşı sanksiyalar tətbiq edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bundan əvvəl Kanada televiziyası sanksiyaların tətbiqi barədə məlumat yayıb. Məlumata görə, “Kanadanın baş naziri Castin Tryudoya- 24 nəfər və 17 şirkətə qarşı sanksiya elan edib”. Ottavanın məhdudiyyətləri "Rusiyanın Ukraynadakı hərəkətlərinə iddia edilən dəstək" üçün tətbiq edilir. Tryudo və Kanadanın maliyyə naziri Kristia Friland Kiyevdə səfərdədirlər. Baş nazir Ukraynaya 500 milyon Kanada dolları (375 milyon dollar) məbləğində növbəti maliyyə yardımı tranşının ayrıldığını açıqlayıb. Zelenski cavab olaraq Ağcaqayın Yarpağı Ölkəsində tüğyan edən yanğınlarla mübarizəyə kömək edəcəyinə söz verib.


Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər