Bütün xəbərlər
"Nijni Novqorod" Premyer Liqadakı yerini qoruyub
Tarix: 10-06-2023 23:56 | Bölmə: Karusel


Rusiya Premyer Liqasında oynamaq hüququ uğrunda cavab görüşündə Nijni Novqorodda "Rodina Moskva" yerli eyniadlı klubu üstələyib - 2:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qarşılaşmanın qaliblərinin qollarını müvafiq olaraq 8-ci və 24-cü dəqiqələrdə vuran İvan Timoşenko və Amur Kalmıkov vurub.
İlk oyun “Nijni Novqorod”un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "Nijni Novqorod" komandası iki görüşün yekununda qarşıdurmanın qalibi olub və Rusiya Premyer Liqasındakı yerini qoruyub.
Sergey Yuranın yetirmələri ötən mövsümü Rusiya çempionatında 30 xalla turnir cədvəlinin 13-cü pilləsində başa vurublar.
“Rodina” isə Birinci Liqada beşinci olub, lakin üçüncü olan “Alaniya”nın RPL-də iştirak etmək üçün RFU lisenziyasını ala bilməməsi səbəbindən keçid matçlarında oynamaq şansı qazanıb.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər