Bütün xəbərlər
Kaxovka SES-in dağıdılması nəticəsində dəymiş ziyanın ilkin məbləği açıqlanıb
Tarix: 10-06-2023 23:33 | Bölmə: Karusel


Rusiyada Kaxovskaya su elektrik stansiyasının dağıdılması nəticəsində dəymiş ziyan 11,5 milyard rubl olaraq qiymətləndirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu məbləği region hökumətinin başçısı Andrey Alekseenko açıqlayıb.
Onun sözlərinə görə, bu rəqəm yekun deyil. Gələcəkdə əhəmiyyətli dərəcədə arta bilər.
"Sosial obyektlərə, yollara, şəbəkələrə dəymiş ziyan böyük məbləğlə ölçülür. İlkin hesablamalara görə, bu, 11,5 milyard rubl təşkil edir", - o, teleqram kanalında yazıb.
Eyni zamanda, zərərin qiymətləndirilməsi komissiyası da işini davam etdirir. Hakimiyyət artıq yerli sakinlərə əmlakın qismən və tam itirilməsinə görə kompensasiya vəd edib. Ödənişlər 10 və 50 min rubl təşkil edəcək.
İyunun 6-da Kaxovskaya Su Elektrik Stansiyasının darvazaları dağıdılıb. Nəzarətsiz axıdılan sular nəticəsində 35 yaşayış məntəqəsi və ərazi su altında qalıb.
Son məlumatlara görə, texnogen fəlakətdən 8 nəfər sağ çıxa bilməyib. 60-dan çox insanın xəstəxanaya yerləşdirilməsinə ehtiyac var.
İyunun 10-da səhər saatlarında altı mindən çox insan fövqəladə vəziyyət zonasından təxliyə edilməli olub. O cümlədən 235 uşaq materikə gətirilib.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər