Bütün xəbərlər
Vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb
Tarix: 10-06-2023 21:17 | Bölmə: Karusel

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Katibliyinin Məxfi şöbəsinin rəisi Əliyev Hafiz Əli oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, istintaqla Hafiz Əliyevin həmin vəzifədə işləyərkən 2019-cu ildə Bakı şəhəri ərazisindəki qəsəbələdən birinə bələdiyyə sədri seçilməsinə köməklik göstərəcəyinə dair vətəndaşa yalan vəd verərək 90 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış sübutlar əsasında Hafiz Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
İbtidai istintaq dövründə vurulmuş maddi ziyandan 55 min manatın ödənilməsi təmin edilib.

Sabaha-inamla.az


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər