Bütün xəbərlər
Andre Felipe "Torpedo"nu tərk etdi
Tarix: 09-06-2023 23:58 | Bölmə: Karusel


Hücumçu Andre Felipe Moskva "Torpedo"sunu tərk edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçu yenidən azad agent olub.
Premyer Liqanı tərk edən Moskva “Torpedo”su legionerlərdən birinin gedişini açıqlayıb. Avtozavodtsı braziliyalı hücumçu Andre Felipe ilə ayrıldığını elan edib.
Qışda "Torpedo" 32 yaşlı Andre Felipe ilə 6 aylıq müqavilə imzalayıb. Braziliya millisinin sabiq hücumçusu həmin vaxt işsiz idi. Braziliyalı yeni komandasında 5 oyun keçirib və bir qol vurub. Mövsümün sonunda klub və futbolçu əməkdaşlığı dayandırıb.
2010-cu ildə Andre Felipe Braziliya millisində bir neçə oyun keçirib. Lakin sonradan hücumçu milliyə dəvət almağı dayandırıb. Andre Felipe karyerası ərzində 16 klubda oynamağı bacarıb ki, bunlardan ən məşhurları Braziliyanın “Qremio”, “Atletiko Mineiro”, “Santos”, Portuqaliyanın “Sportinq” və “Dinamo Kiyev” klublarıdır.


Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər