Bütün xəbərlər
Ruud inamla Zverevlə mübarizə apardı və Rolan Qarrosun finalına yüksəldi
Tarix: 09-06-2023 23:49 | Bölmə: Karusel


Tennis üzrə Fransa açıq çempionatının ikinci finalçısı bəlli olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Norveçli Kasper Ruud olub.
Norveçli tennisçi Kasper Ruud Fransa Açıq çempionatının yarımfinalında almaniyalı Aleksandr Zverevi məğlub edib. Həlledici görüşdə Ruud serbiyalı Novak Cokoviçlə qarşılaşacaq.
Dünyanın dördüncü raketkasi norveçli Kasper Ruud dünya reytinqinin 27-ci nömrəsi Aleksandr Zverevlə oynayıb. Skandinaviyalı daha güclü görünüb və üç setdə 6:3, 6:4 və 6:0 hesablı qələbə qazanıb. Rəqiblər meydançada 2 saat 9 dəqiqə vaxt keçiriblər.
Kasper Ruud ardıcıl ikinci il Fransa Açıq çempionatının finalına yüksəlib. Bir il əvvəl o, ispaniyalı Rafael Nadala uduzmuşdu. Kasper gələn bazar günü Böyük Dəbilqə yarışlarının 22 qat qalibi Novak Cokoviçlə qarşılaşacaq.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər