Bütün xəbərlər
Messinin yeni klubu biletlərin qiymətini 16 dəfə qaldırıb
Tarix: 08-06-2023 21:59 | Bölmə: Karusel


Lionel Messinin Amerikanın "İnter Mayami" futbol klubuna keçidi ilə bağlı açıqlama ABŞ-da böyük səs-küyə səbəb olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, biletlərin qiymətində kəskin artıma səbəb olub.
Nüfuzlu “The Athletic” nəşri buna diqqət çəkib. Portalın məlumatına görə, Messinin MLS klubuna keçidi açıqlanana qədər ən ucuz bileti 27 avroya almaq olardı. Argentinalının imza atması xəbərindən sonra 435 avroluq qiymət minimum hədd olub.
Yəni biletlər dərhal 16,1 dəfə bahalaşıb.
Xatırladaq ki, Messi "İnter Mayami"yə keçdiyini çərşənbə günü elan etmişdi. O, Barselona və Səudiyyə Ərəbistanı klubları ilə seçimlərdənsə, Amerika klubuna üstünlük verib. Müqavilə hələ rəsmi olaraq açıqlanmayıb.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər