Bütün xəbərlər
CNN rəhbəri şirkəti tərk edir
Tarix: 07-06-2023 20:38 | Bölmə: Karusel


CNN-in baş direktoru və idarə heyətinin sədri Kris Lixt şirkəti tərk edir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlumatı Lixtlə görüşdən sonra "Warner Bros"-un rəhbəri David Zaslav təsdiqləyib. Korporasiya CNN televiziya kanalının sahibidir.
Zaslavın telekanalın əməkdaşlarına verdiyi məlumata görə, hazırda CNN-in baş icraçı direktoru və idarə heyətinin sədri vəzifəsinə namizəd axtarışı aparılır, lakin bu, xeyli vaxt apara bilər.
"İnterfaks" yazır ki, 51 yaşlı Lixt 2022-ci ilin mayından CNN-ə rəhbərlik edir. Analitiklər onun istefasına səbəb kimi CNN-in rekord aşağı reytinqini və kütləvi ixtisarları göstərirlər.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər