Bütün xəbərlər
İvan Provorov "Filadelfiya"dan "Kolumbus"a keçdi
Tarix: 06-06-2023 23:27 | Bölmə: Karusel


Xokkeyçi İvan Provorov "Philadelphia Flyers"-i tərk etdi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müdafiəçi karyerasını Milli Xokkey Liqasının digər klubunda "Columbus Blue Jackets"də davam etdirəcək.
Milli Xokkey Liqasının üç klubu - "Philadelphia Flyers", "Los Angeles Kings" və "Columbus Blue Jackets" - çətin müqavilə bağladı. Nəticədə İvan Provorov komandanı dəyişdi.
İvan Provorov ötən mövsüm "Filadelfiya"da çıxış edib. 26 yaşlı müdafiəçi müntəzəm mövsümdə 82 oyunda 6 qol vurub və 21 məhsuldar ötürmə edib. Amma İvan gələn mövsüm “Kolumbus”da çıxış edəcək. Və maaşının 30%-ni Los-Anceles ödəyəcək.
İvan Provorov Rusiyanın "Mavi gödəkçələr" icmasına qoşulub. Həmçinin hücumçular Yeqor Çinaxov, Kirill Marçenko, qapıçı Daniil Tarasov Kolumbun heyətində çıxış edir. Mövsümlərarası fasilədə hücumçu Dmitri Voronkov komandaya qoşulub.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər