Bütün xəbərlər
Xarkovda hava hücumu xəbərdarlığı fonunda partlayışlar baş verib
Tarix: 05-06-2023 23:38 | Bölmə: Karusel


Bazar ertəsi axşam saatlarında Ukraynanın üç bölgəsində hava hücumu sirenaları işə düşüb, Xarkovda partlayışlar baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi, gecə yarısına az qalmış Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib. Xarkov, Dnepropetrovsk və Poltava vilayətləri ularların təhlükəsi altında idi.
TASS agentliyinin Xarkov meri İqor Terexovun bəyanatına istinadən verdiyi məlumata görə, şəhərdə silsilə güclü partlayışlar baş verib. Ukraynada hərbi hədəflərə və infrastruktura ehtimal edilən zərbələrin nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər