Bütün xəbərlər
Almaniyada ukraynalı qaçqınların yaşadığı ev yanıb
Tarix: 04-06-2023 23:58 | Bölmə: Karusel


Almaniyanın Apolda şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində orada Ukraynadan olan qaçqınlarla yaşayan uşaq dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin ehtimala görə, ölən şəxs doqquz yaşlı uşaqdır. Türingiya vilayət daxili işlər nazirliyinin rəhbəri Georg Mayer bu məlumatı təsdiqləyib.
Hazırda hadisənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində araşdırmalar aparılır. Hadisənin təfərrüatları hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin nümayəndəsi yanğının səbəblərinin aydınlaşdırılması üçün bütün səylərini əsirgəməyəcəyinə söz verir.
"Burada tam aydınlıq olmalıdır" Mayer deyib.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər