Bütün xəbərlər
Ən çox onun nazir olması müzakirə yaratdı
Tarix: 04-06-2023 00:30 | Bölmə: Karusel

                    en-cox-onun-nazir-olmasi-muzakire-yaratdi




Türkiyənin yeni maliyyə və xəzinə naziri Mehmet Şimşək təyin olunub.
Sabaha-inamla.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni nazirlər arasında ən çox müzakirə olunan şəxslərdən biri də Mehmet Şimşəkdir. 
M. Şimşək bu postda Nurəddin Nəbatini əvəzləyib.
Qeyd edək ki, yeni nazir 1967-ci ildə Batmanda anadan olub. Şimşək 22 iyul 2007-ci il seçkilərində AK Partiyadan deputat seçilib. O, 2009-cu ildə maliyyə naziri vəzifəsinə təyin olunub. O, Binəli Yıldırımın Baş nazir olduğu hökumətdə onun müavini olub. 
Yeni maliyyə və xəzinə nazirinin Türkiyə vətəndaşlığı ilə yanaşı, Amerika və Böyük Britaniya vətəndaşlığı da var.
Şimşək evlidir, üç övladı var.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər