Bütün xəbərlər
Arşavin “Arsenal”ın təbriklərinin silinməsinə reaksiya verdi
Tarix: 30-05-2023 22:35 | Bölmə: Karusel


"Zenit", London "Arsenal"ının və Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin "topçular"ın onu ad günü münasibətilə təbrik edən yazının silinməsindən danışıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu əməli praktiki olaraq hiss etmədiyini qeyd edib.
"Sport24.ru" Arşavinin sözlərindən sitat gətirib: "Səhər mənə zəng etməsəydilər, heç xəbərim də olmazdı. Rusiya millisinin sosial şəbəkələrinin reaksiyası göz qabağındadır".
Xatırladaq ki, “Arsenal”ın “Twitter” hesabında ərəfədə Arşavinin 42 yaşı münasibətilə təbriki dərc edilmişdi. Bu tvit rusiyalının Premyer Liqada "Liverpul"a qarşı oyununda vurduğu 4 qolun videosu ilə müşayiət olunub.
Qeyd olunur ki, yazı abunəçilərin şərhlərindən sonra silinib.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər