Bütün xəbərlər
“Mançester Siti” futbolu maliyyə rekorduna imza atıb
Tarix: 28-05-2023 22:20 | Bölmə: Karusel

İngiltərə futbol çempionu "Mançester Siti" bu mövsüm rekord məbləğdə ödənişlər alacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xosep Qvardiolanın komandası Premyer Liqanın qalibi olmaq üçün 166 milyon funt sterlinq və ya 191 milyon avroya layiqdir.
Yeni rəqəm İngiltərə çempionatının tarixində ən yüksək göstərici olub. "Man City" ötən mövsüm 153 milyon funt sterlinq (176 milyon avro) qazanıb. Məbləğ ilk növbədə xarici yayımçılarla təkmilləşdirilmiş televiziya müqavilələrinin qüvvəyə minməsi ilə əlaqədar artıb.
Ümumiyyətlə, Premyer Liqa klublarının pul mükafatı bir neçə elementdən, xüsusən də, cədvəldəki yerdən asılı olaraq mükafatların ümumi məbləğindən pul, televiziya müqavilələrindən əldə olunan gəlir və digər kommersiya ödənişlərindən ibarətdir.
Ümumilikdə mövsümün sonunda İngiltərənin bütün klublarının təxminən 2,7 milyard funt-sterlinq və ya 3,1 milyard avro alacağı gözlənilir. Hətta Premyer Liqada sonuncu 20-ci yeri tutan "Sauthempton" 103 milyon funt-sterlinq və ya 118 milyon avro qazanacaq.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər