Bütün xəbərlər
Haaqada magistral yolu bağladıqları üçün 1,5 mindən çox insan saxlanılıb
Tarix: 27-05-2023 23:56 | Bölmə: Karusel


Hollandiyanın Haaqa şəhərində magistral yolu bağladıqları üçün 1,5 mindən çox adam saxlanılıb, bu barədə yerli polisin Twitter səhifəsində bildirilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar ekoloji fəaldırlar, onlar mədənlərə dövlət subsidiyalarının ayrılmasına qarşı çıxıblar.
“A12 avtomobil yolunun bağlanması zamanı bu gün 1579 fəal saxlanılıb, onlardan 40-ı istintaqa cəlb edilib”, - deyə, polisin açıqlamasında bildirilir.
Etirazçılara qarşı su şırnaqlarından istifadə edilib. Polis bir neçə dəfə fəalları treki boşaltmağa çağırsa da, reaksiya verməyiblər, nəticədə polis onları saxlamağa başlayıb.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər