20:41 / 04-10-2023
Cəbrayıla həyat qayıdıb
20:23 / 04-10-2023
Fuad Muradov həbs edildi
02:04 / 04-10-2023
ABŞ tarixində ilk
Bütün xəbərlər
Sursatın partlaması nəticəsində tikinti işlərinə cəlb olunan şəxs xəsarət alıb
Tarix: 27-05-2023 19:52 | Bölmə: Karusel


Mayın 27-də Tərtər rayonunun Çaylı kəndi ərazisində partlayış baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabaha-inamla.az-a Tərtər rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə tikinti işlərinə cəlb olunan 1986-cı il təvəllüdlü Əsgərov Məhsin Həsən oğlunun ərazidəki sursatın partlaması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər